İİTKM-in rəsmisi beynəlxalq forumda COP29 ilə bağlı Azərbaycanın gözləntilərindən danışıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ramil Hüseyn Türkiyə Enerji Strategiyaları və Siyasətləri Araşdırma Mərkəzi (TESPAM) və İstanbul Aydın Universitetinin birgə təşkil etdikləri III Beynəlxalq İqlim və Enerji Forumunda iştirak edib. Onlayn qaydada keçirilmiş forumda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ilin payızında Azərbaycanda keçirilməsi ilə bağlı müzakirələr aparılıb. R.Hüseyn forum iştirakçılarına Azərbaycanın COP29-dan gözləntiləri, ölkəmizin iqlim dəyişikliyinə qarşı göstərdiyi əlaqələndirilmiş fəaliyyət və yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlər barədə məlumat verib. O, Azərbaycanın COP29-un ev sahibi kimi hazırlıqlara başladığını və bu tədbiri yüksək səviyyədə keçirəcəyini vurğulayıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib