İİTKM-in nümayəndəsi “Qadın iştirakçılığının təbliği” mövzusunda konfransda çıxış edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin baş məsləhətçisi Simrah İsmayılova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransda çıxış edib. O, “Təhlükəsiz şəhərlər: dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” panelinə moderatorluq edib.
Simrah İsmayılova çıxışında bildirib ki, müasir şəhərsalma yanaşmaları şəhərlərin qorunması və dayanıqlı inkişafına xidmət etməli, bu prosesdə genderə həssas və inklüziv prinsiplər əsas götürülməlidir. O vurğulayıb ki, “Memarlıq və Şəhərsalma İli”nin əsas hədəflərindən biri şəhərlərin, xüsusilə də Qarabağ regionunun yenidən qurulması prosesinə diqqətin artırılmasıdır. Qarabağda həyata keçirilən bərpa proqramları çərçivəsində şəhərlərin yenidən qurulmasında genderə həssas və inklüziv yanaşmanın tətbiqi strateji əhəmiyyət daşıyır.
Müzakirələr zamanı şəhərsalma siyasətində gender balansının qorunmasının daha təhlükəsiz, inklüziv şəhərlərin formalaşmasına mühüm töhfə verdiyi qeyd olunub.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib