İİTKM-in icraçı direktorunun müşaviri Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə keçirilən görüşdə iştirak edib
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (WIPO) arasında hibrid formatda görüş təşkil olunub.
Görüşdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əqli mülkiyyət məsələləri üzrə” Xüsusi işçi qrupunun üzvü, İİTKM-in icraçı direktorunun müşaviri Təranə Salıfova iştirak edib. Tədbirin məqsədi Azərbaycanın Qlobal İnnovasiya İndeksində (Global Innovation Index – GII) mövqeyinin gücləndirilməsi və bu istiqamətdə "WIPO" ilə əlaqələrin daha da möhkəmləndirilməsi olub.
Müzakirələrdə Azərbaycanın “2024-cü il üzrə Qlobal İnnovasiya İndeksi”nin (Qİİ-2024) nəticələri və “Qİİ-2024” hesabatının aidiyyəti alt indikatorları ətraflı təhlil edilib. Ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin hesablanma metodologiyası və məlumat mənbələri ilə bağlı fikir mübadiləsi aparılıb. Xüsusilə biznesin mürəkkəbliyi, əqli mülkiyyət və risk kapitalı göstəricilərinin dəqiqliyi məsələləri, risk kapitalı ilə bağlı məlumatların təqdim edilmə vaxtı kimi vacib mövzular diqqət mərkəzində saxlanılıb. 2025-ci il hesabatında yer alacaq indikatorların əvvəlcədən müəyyənləşdirilməsi və İndeksdə yuxarı yerlərdə qərarlaşmağımız üçün hansı zəruri addımların atılmalı olduğu müzakirə edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib