İİTKM-in 2025-ci il üçün iş planı hazırlanıb
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəcamı ilə təsdiqlənən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən 2025-ci il üçün İş Planı hazırlanıb.
Kollektivinin iştirakı ilə keçirlən iclasda icraçı direktorun müavini Ramil Hüseyn bildirib ki, İİTKM-in “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası üzrə 2024-cü il üçün iş planının icrasının yekunları ilə bağlı məlumat verib. O, qeyd edib ki, 2024-cü il üzrə iş planında qarşıya qoyulan bütün məsələlər vaxtında icra olub və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına təqdim olunmaq üçün hesabatın layihə hazırlanıb.
Həmçinin 2024-cü ildə “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində işə qəbul və işdən azad edilmə haqqında təlimat” təsdiqlənib və tətbiq olunub.
R.Hüseyn vurğulayıb ki, 2024-ci il ərzində Mərkəzin 22 əməkdaşı Milli Fəaliyyət Planının tələbinə uyğun olaraq müvafiq təlimə cəlb edilib. Xüsusən də hüquqşünas tərəfindən İİTKM yeni işə qəbul olunan bütün əməkdaşlara Milli Fəaliyyət Planının tələbləri izah olunub.
Daha sonra Mərkəzin hüquqşünası Nigar Hafizqızı “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın tələblərinə uyğun olaraq 2025-ci il üçün hazırlanan İş Planının layihəsi barədə çıxış edib. O, 2025-ci ilin iş planının hər bir tədbir ilə bağlı əməkdaşlara məlumat verərək məsul şəxslərin görəcəyi işlərin izah edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib