İİTKM-in 2023-cü ildə fəaliyyətinin yekunlarına dair iclas keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) icraçı direktor Vüsal Qasımlının sədrliyi və əməkdaşların iştirakı ilə 2023-cü ilin yekunları, həmçinin 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə iclas keçirilib. V.Qasımlı 2023-cü ilin bütövlükdə Azərbaycan üçün uğurlu olduğunu, xüsusilə də Xankəndi və ətraf rayonların da separatçılardan azad edilməsi ilə dövlətin suverenliyinin tam təmin olunduğunu bildirib. “2023-cü ilin “Heydər Əliyev İli” olmasının xüsusi rəmzi mənası var. Çünki ölkəmizin bütün uğurlarının əsasında Ulu Öndərin müəyyənləşdirdiyi strategiya dayanır. Builki nailliyyətlərimiz də məhz Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsi idi”,- deyə V.Qasımlı qeyd edib.
İcraçı direktor yola saldığımız ildə İİTKM-in fəaliyyətinin də çox uğurlu olduğunu, Azərbaycanda mükəmməl monitorinq və qiymətləndirmə sisteminin qurulduğunu bildirib. O, 2023-cü ildə Mərkəz tərəfindən 9 kitab və dərsliyin hazırlanaraq çap olunduğunu, daha 2 fundamental kitabın yazılması ilə bağlı işlərə başlandığını deyib. V.Qasımlının sözlərinə görə, hesabat ilində Mərkəz beynəlxalq əlaqələrini də yüksək səviyyədə qurub, il ərzində üç beynəlxalq təşkilatla əməkdaşlıq barədə memorandum imzalayıb.
İcraçı direktor İİTKM-in operatoru olduğu portalların həyata keçirdikləri layihələrin də uğurlu olduğunu, yola salmaqda olduğumuz il ərzində “Startup School - 1” layihəsinin yüksək səviyyədə icra edildiyini, Azərbaycanın ən böyük startap müsabiqəsi kimi yadda qaldığını, artıq ikinci “Startup School” layihəsinin elanının verildiyini, “Metaverse” platformasında bütövlükdə regionda ilk virtual sərgi və konfrans məkanının istifadəyə verildiyini və digər işlərin görüldüyünü bildirib.
Gələn ildə də mövcud işlərin və layihələrin davam etdiriləcəyini deyən V.Qasımlı 2024-cü ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladaraq, Mərkəzin də bu istiqamətdə müvafiq təklif və layihələrlə çıxış edəcəyini, COP29 ilə bağlı işlərin görülməsində yaxından iştirak edəcəyini vurğulayıb.
İclasın sonunda V.Qasımlı qarşıdan gələn bayramlar münasibətilə Mərkəzin əməkdaşlarını təbrik edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib