İİTKM əməkdaşları Almaniyada beynəlxalq konfransda iştirak ediblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri Almaniyanın Manheym şəhərində ZEW - Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin (Zentrum fur Europaische Wirtschaftsforschung) təşkil etdiyi konfransda iştirak ediblər. Konfransın əsas mövzusu rəqəmsal texnologiyalar və innovasiyalar olub. Mərkəzin icraçı direktorunun müşaviri Təranə Salıfova və İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bu sahədə beynəlxalq təcrübələrə dair geniş məlumat alıblar və müzakirələrə qoşulublar.
Sessiyalar zamanı rəqəmsal texnologiyaların iqtisadi inkişafa təsiri, innovasiya proseslərinin sürətləndirilməsi və müxtəlif sahələrdə tətbiqi kimi məsələlər diqqət mərkəzində olub. İİTKM nümayəndələri beynəlxalq ekspertlərlə fikir mübadiləsi apararaq öz təcrübələrini bölüşüblər. Tədbir innovasiya və rəqəmsal texnologiyaların tətbiqinə dair gələcək layihələrin planlaşdırılması baxımından faydalı olub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib