İİTKM-də yerli və beynəlxalq universitetlərin tələbələri tədqiqata cəlb olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2024-cü ildə də universitet-sənaye tədqiqat əməkdaşlığı uğurla həyata keçirilib. Belə ki, sənaye müəssisələri və universitetlərin “Tədqiqat və İnkişaf”la bağlı əməkdaşlığının gücləndirilməsi məqsədilə tələbələr İİTKM-də iqtisadi təhlil və innovativ layihələr üzrə tədqiqat və təcrübəyə cəlb olunublar.
“İslahat Könüllüləri” təşkilatının rəhbəri İsmət Mehrəliyeva bildirib ki, bakalavr tələbələrindən 10 nəfər Bakı Mühəndislik Universitetinin, 5 nəfər Azərbaycan Memarlıq və İnşaat Universitetinin, 3 nəfər Sumqayıt Dövlət Universitetinin, 17 nəfər Xəzər Universitetinin, iki nəfər Azərbaycan Dövlət İqtisad Universitetinin müraciəti ilə istehsalat təcrübələrini İİTKM-də tamamlayıblar. Onlar təcrübə müddətində startap ekosistemi və innovasiyalar, data analitika, maliyyə, rəqəmsal ticarət, nəqliyyat və logistika, insan resursları, ictimaiyyətlə əlaqələr kimi sahələrdə tədqiqata cəlb olunublar.
İsmət Mehrəliyeva vurğulayıb ki, yerli universitetlərlə yanaşı, xarici universitetlərlə də uğurlu əməkdaşlıq qurulub. Belə ki, Macarıstanın “Mathias Corvinus Collegium” Universitetinin tələbəsi İİTKM-in nəzdində fəaliyyət göstərən “Enterprise Azerbaijan” portalında, Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin tələbəsi Türk Dünyası Araşdırmalar Mərkəzində, Vebster Vyana Özəl Universitetinin tələbəsi Rəqəmsal Ticarət Qovşağında, Türkiyənin Bilkent Universitetinin tələbəsi isə İqtisadi təhlil şöbəsində rəsmi müraciət əsasında təcrübə və tədqiqata cəlb olunub.
Bununla yanaşı, tədqiqat dövründə tələbələrə “İqlim dəyişikliyi və onunla mübarizə”, “Davamlı inkişaf və yaşıl bankçılıq”, "Yaşıl iqtisadiyyatın inkişafında elektron ticarətin rolu" kimi mövzularda təlimlər keçirilib.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır