İİTKM-də yeni kadr təyinatları olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində yeni təyinatlar olub. Belə ki, İİTKM-in icraçı direktoru Prof. Dr Vüsal Qasımlının əmri ilə Mərkəzin operatoru olduğu “Enterprise Azerbaijan” portalının rəhbəri vəzifəsinə coğrafiya üzrə fəlsəfə doktoru İsa Qasımov təyin olunub.
İ.Qasımov bu təyinata qədər Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru kimi fəaliyyət göstərib. O, Azərbaycanda sahibkarlıq, o cümlədən startapların və biznes təşəbbüskarlığının inkişafı üzrə tanınmış mütəxəssisdir. “IDDA AWARDS 2024” müsabiqəsində “Ekosistemin lokomotivi” nominasiyası üzrə ölkə birincisidir.
V.Qasımlının digər əmri ilə Mərkəzin Starteji planlaşdırma şöbəsinin baş məsləhətçisi Aygün Əhmədovaya Rəqəmsal Ticarət Qovşağına (RTQ) rəhbərlik etmək həvalə olunub. O, uzun illər müxtəlif dövlət qurumlarında rəqəmsal inkişafın quruculuğu və innovasiya fəaliyyəti sahəsində strateji istiqamətlərin müəyyən olunması və sənədlərin hazırlanması istiqamətində fəaliyyət göstərib. Elektron və ağıllı şəhərlər sahəsində beynəlxalq proqramların məzunudur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib