İİTKM-də “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası üzrə indikativ planlaşdırma məsələləri müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın icrası çərçivəsində tədbirlərin monitorinqi, qiymətləndirilməsi və icraçı qurumlar üzrə koordinasiyanın gücləndirilməsi məqsədilə əsas icraçı dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib. Görüşdə Konsepsiya üzrə tədbirlərin mərhələli icrası, nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi və hesabatlılıq mexanizmlərinin tətbiqi məsələləri müzakirə olunub.
İİTKM-in icraçı direktorunun müavini Təranə Salıfova çıxış edərək Konsepsiyanın icrası üzrə tədbirlərin monitorinq və qiymətləndirilməsinin vahid yanaşma əsasında aparılmasının vacibliyini vurğulayıb. O, nəzərdə tutulmuş tədbirlər üzrə kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsi, icra müddətlərinin və məsul qurumların dəqiq təsnifatlandırılması, eləcə də nəticəyönümlü hesabatlılığın təmin olunmasına dair yanaşmaları diqqətə çatdırıb. Həmçinin Konsepsiya çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası üzrə məlumatların vahid elektron platforma üzərindən toplanması, təhlili və hesabatlılığın təmin edilməsini vurğulayıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Ayaz Museyibov Konsepsiyanın icrası istiqamətində əsas diqqətin icraçı qurumlarla birgə işin təşkili, effektiv koordinasiya və kommunikasiya mexanizmlərinin qurulmasına yönəldiyini vurğulayıb. Həmçinin 250-dən artıq indikator üzrə tədbirlərin planlaşdırılması və indikator planının hazırlanması istiqamətində işlərin aparılacağı qeyd olunub. Bildirilib ki, konsepsiya çərçivəsində altı dövlət proqramının hazırlanması nəzərdə tutulub və bu istiqamətdə artıq işlərə başlanılıb.
Görüşdə Konsepsiya ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib. Sonra ekspert Süleyman Salahov təqdimatla çıxış edərək hədəf və məqsədlər barədə məlumat verib.
İİTKM-in sektor müdiri Gültac Əhmədzadə-Tapdıqzadə indikativ planlaşdırma cədvəlini təqdim edərək qurumların məlumatları sistemə daxil etmə qaydaları, indikator cədvəllərinin formalaşdırılması və dövri hesabatlılıq mexanizmlərini izah edib.
Görüşdə Mədəniyyət, Maliyyə, Elm və Təhsil, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Əqli Mülkiyyət Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 14 yanvar 2026-cı il tarixli 888 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” üzrə tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib