İİTKM-də avtomobil yollarında görülən işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı ilə bağlı görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı”nın icrası ilə bağlı iclas keçirilib. İclasda əsas icraçı qurumlarla indikator cədvəlinin formalaşdırılması üzrə müzakirələr aparılıb.
Mərkəzin icraçı direktorunun müavini Ayaz Museyibov İİTKM tərəfindən monitorinq və qiymətləndirilməsi həyata keçirilən dövlət proqramları və strategiyalar haqqında məlumatlar verib. O, sözügedən Fəaliyyət Planının icrası ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamına əsaslanan tapşırıqlar, atılacaq addımlar və hesabatlılıq mexanizmi barədə ətraflı danışıb.
Görüşdə Mərkəzin əməkdaşları Vahid Fəaliyyət Planının Tədbirlər planı üzrə indikator cədvəlinin formalaşdırılması üçün əsas icraçı qurumlara nümunəvi forma nümayiş etdiriblər. Eyni zamanda, indikativ planlaşdırma istiqamətində icra prosesinin təşkili, əlaqələndirmə məsələləri, gələcəkdə görüləcək işlər, qarşıda duran vəzifələr və Sərəncamda nəzərdə tutulduğu kimi Modulun yaradılması prosesi, eləcə də, Fəaliyyət Planının tətbiqinin effektivliyini artırmaq məqsədilə nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.
İclasda Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri iştirak ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib