İİTKM-də 2025-ci ilin yekunlarına dair iclas keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2025-ci ilin yekunlarına həsr olunmuş iclas keçirilib.
Mərkəzin icraçı direktoru Vüsal Qasımlı 2025-ci ilin Azərbaycan üçün mühüm nailiyyətlərlə yadda qaldığını vurğulayıb. O bildirib ki, son illərdə əldə olunan siyasi, iqtisadi və institusional uğurlar ölkəmizin tam suveren, güclü və dayanıqlı dövlət kimi mövqeyini daha da möhkəmləndirib. İcraçı direktor qeyd edib ki, bu nəticələr dövlətçilik ənənələrinin ardıcıl şəkildə inkişaf etdirilməsinin və strateji baxışın uğurla reallaşdırılmasının məntiqi davamıdır.
Vusal Qasımlı 2025-ci il ərzində İİTKM-in fəaliyyətinin də intensiv və məhsuldar olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Mərkəz tərəfindən dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, iqtisadi islahatların təhlili, kommunikasiya istiqamətləri üzrə genişmiqyaslı fəaliyyət həyata keçirilib və mühüm nəticələr əldə olunub. İl ərzində 24 dövlət proqramı üzrə monitorinq və qiymətləndirmə aparılıb, 32 monitorinq hesabatı hazırlanıb, dövlət proqramları çərçivəsində 100-dən çox tədbir icra olunub.
Beynəlxalq əməkdaşlıq sahəsində də aktivlik nümayiş etdirildiyini deyən icraçı direktor Mərkəzin nüfuzlu xarici tərəfdaşlarla əlaqələrini daha da gücləndirdiyini bildirib. Beynəlxalq əməkdaşlıq çərçivəsində 56 beynəlxalq tədbir və təqdimat həyata keçirilib, Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası çərçivəsində 20-dən çox təklif hazırlanıb. Eyni zamanda, Mərkəz 2025-ci il ərzində 12 beynəlxalq mükafata layiq görülüb.
İclasın sonunda Vüsal Qasımlı qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Mərkəzin kollektivini təbrik edib, əməkdaşlara yeni ildə uğurlar və yeni nailiyyətlər arzulayıb.






Ekspert yazıları
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Orta Dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu
Ceyran Bəbirova
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
COP30 fəaliyyəti COP29-un yaratdığı siyasi və maliyyə arxitekturasının praktik tətbiqidir