İİTKM Böyük Britaniyanın “Global Brand Awards 2025” beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən “Global Brands Magazine” jurnalının “Global Brand Awards 2025” beynəlxalq müsabiqəsində “Texnologiya” nominasiyası üzrə ali mükafata layiq görülüb. Bu nominasiya üzrə Mərkəzə “Dataəsaslı idarəetmədə mükəmməllik” mükafatı verilib.
Mükafatın təqdim olunmasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə sahəsində Nazirlər Kabinetinin tapşırığı əsasında rəqəmsal platforma yaratması, eyni zamanda bu çərçivədə layihə idarəetməsi, data analitikası, coğrafi intellekt, videomüşahidə və süni intellekt imkanlarından istifadə etməsi əsas götürülüb.
Qeyd edək ki, “Global Brand Awards 2025” mükafatı “Texnologiya” nominasiyası üzrə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə yanaşı, həm də “Microsoft”, “Google”, “Amazon”, “Huawei”, “Apple Inc.”, “LG Electronics”, “Tesla”, “NVIDIA”, “Aramco” və “Acer” kimi qlobal şirkətlərə verilib. Nominantlar arasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi dünyada yeganə hökumət qurumu və beyin mərkəzidir.
Azərbaycanın hökumət texnologiyasının (govtech) qlobal səviyyədə əldə etdiyi ali mükafat Prezident İlham Əliyevin iqtisadi islahatlar, o cümlədən, proqram idarəetməsi və nəticəəsaslı büdcə sahəsində apardığı uğurlu siyasətə verilən daha bir yüksək beynəlxalq qiymətdir. Dövlət başçısının yaratdığı iqtisadi islahatların idarə edilməsi modeli dünya üçün yaxşı bir nümunədir.
Mənbə: https://www.globalbrandsmagazine.com/award-winners-2025/






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır