İİTKM Böyük Britaniyanın “Brands Review Magazine Awards 2025” beynəlxalq müsabiqəsində qalib olub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada yerləşən nüfuzlu beynəlxalq media qurumu – “Brands Review Magazine Ltd” tərəfindən təşkil olunan “Brands Review Magazine Awards 2025” müsabiqəsində “Texnologiya” nominasiyası üzrə yüksək mükafatla təltif olunub.
Mərkəz bu mükafata “Ağıllı Monitorinq və Qiymətləndirmə Sistemi: 2025 Azərbaycan üçün süni intellektə hazır məlumat idarəetmə innovasiyası”
(Smart M&E System: An AI-Ready Data Governance Innovation – Azerbaijan 2025) adlı layihəsinə görə layiq görülüb.
Bu, İİTKM-in dövlət idarəçiliyində süni intellektə əsaslanan yanaşmaların tətbiqi, qabaqcıl məlumat idarəetmə həllərinin formalaşdırılması və qərarvermə mexanizmlərinin rəqəmsallaşdırılması istiqamətində əldə etdiyi uğurların beynəlxalq səviyyədə tanınması deməkdir.
Mükafat üzrə namizədlərin qiymətləndirilməsi zamanı Mərkəzin dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün qurduğu süni intellektə inteqrasiya olunmuş çevik məlumat idarəetmə sistemi, bu sistemdə real vaxt üzrə analitika, coğrafi informasiya texnologiyaları (GİS), video-monitorinq və nəticəyönümlü idarəetmə mexanizmlərinin uğurlu inteqrasiyası xüsusi vurğulanıb.
Bu beynəlxalq nailiyyət Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası ilə tam uzlaşır. Strategiyada süni intellekt texnologiyalarının tətbiqi vasitəsilə məlumat əsaslı idarəetmə, ağıllı hökumət alətləri və dövlət orqanlarında rəqəmsal qərarvermə mexanizmlərinin inkişaf etdirilməsi əsas prioritetlər kimi müəyyən olunub. İİTKM-in bu istiqamətdə atdığı konkret və sistemli addımlar Azərbaycanın süni intellekt dövrünə keçid prosesində mühüm rol oynayır.
“Texnologiya” nominasiyasında yalnız İİTKM deyil, həmçinin milli, regional və beynəlxalq səviyyədə fəaliyyət göstərən dövlət və özəl qurumlar, texnoloji startaplar və qabaqcıl idarəetmə institutları da iştirak ediblər. Mərkəzin bu mükafata layiq görülməsi onun qlobal texnoloji idarəetmə ekosistemində lider aktor kimi mövqeyini bir daha təsdiqləyib.
Əldə edilən bu uğur İİTKM-in süni intellekt (Sİ) və rəqəmsal texnologiyalar əsasında yeni nəsil idarəetmə modelini uğurla tətbiq etdiyini, eləcə də Azərbaycanda rəqəmsal dövlətçiliyin və Sİ-yönümlü idarəetmə arxitekturasının artıq beynəlxalq miqyasda nümunəyə çevrildiyini göstərir.
Mərkəzin formalaşdırdığı ağıllı, adaptiv və dayanıqlı idarəetmə sistemi yalnız yerli deyil, həm də qlobal səviyyədə tətbiq oluna bilən innovativ texnoloji və institusional model kimi dəyərləndirilir və Azərbaycan təcrübəsinin süni intellekt əsaslı idarəetmə sahəsində aparıcı nümunəyə çevrildiyini sübut edir.






Ekspert yazıları
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır
Təranə Salıfova
İİTKM-in icraçı direktorunun müşaviri
Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan innovasiya yolunda irəliləyir: yüksəlişin əsas istiqamətləri
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
İnvestisiya fəallığı və güclü maliyyə mövqeyi iqtisadi artım üçün yeni imkanlar yaradır