İİTKM Asiya İnkişaf Bankı İnstitutu ilə əməkdaşlığı genişləndirir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Asiya İnkişaf Bankı İnstitutunun (AİBİ) əməkdaşları arasında onlayn görüş keçirilib. Görüşdə iki qurum arasında əməkdaşlıq perspektivləri və potensial layihələr müzakirə olunub. Tərəflər birgə tədqiqatların aparılması, akademik nəşrlərin hazırlanması, kadr potensialının inkişaf etdirilməsi və qlobal iqtisadi siyasət təşəbbüslərinə töhfə verə biləcək fəaliyyətlər barədə fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı birgə kitab nəşri ilə bağlı məsələ nəzərdən keçirilib və yaxın gələcəkdə bu nəşrin konsepsiyasının hazırlanması barədə razılıq əldə olunub.
Əlavə olaraq, İİTKM və AİBİ əməkdaşları arasında təcrübə mübadiləsinin aparılması, ortaq layihələrdə iştirak və praktik biliklərin artırılması məsələləri müzakirə edilib.Tərəflər qlobal əhəmiyyətli mövzular üzrə birgə tədqiqatların aparılması imkanlarını da nəzərdən keçiriblər.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər və gələcək addımlar müəyyən edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib