III Şuşa Qlobal Media Forumu: Azərbaycan beynəlxalq informasiya axınına yön verir
Dünyanın aparıcı mətbuat orqanlarının xüsusi diqqət mərkəzində olan və artıq üçüncüsü təşkil edilən Şuşa Qlobal Media Forumu Azərbaycan həqiqətlərinin və qlobal proseslərlə bağlı mövqeyinin nümayiş etdirilməsində, beynəlxalq informasiya axınının idarə olunmasında, media təhlükəsizliyinin təminatı və dezinformasiyalarla mübarizədə mühüm platformaya çevrilib. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən builki Forumda 52 ölkədən 140 nümayəndə, 30-a yaxın informasiya agentliyinin və 80 media qurumunun əməkdaşı iştirak edir.
Forumun əhəmiyyətini şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova bildirib ki, bu beynəlxalq tədbir ilk növbədə Azərbaycanın kommunikasiya strategiyasının gücləndirilməsi məqsədini daşıyır. Forumun işğaldan azad edilmiş ərazilərdə keçirilməsi təsadüfi deyil. Bununla ölkəmiz postmünaqişə dövründə tarixi reallıqların düzgün təqdimatına nail olur. Forum Qarabağda sülh, sabitlik və inkişaf mənzərəsini qlobal auditoriyaya təqdim etmək baxımından əhəmiyyətlidir. Azərbaycan həm regionun yenidən qurulması, həm də informasiya suverenliyinin bərpası ilə bağlı beynəlxalq mesaj verir. Jurnalistlərin Şuşada, Xankəndidə və digər ərazilərdə reallıqları yerində görməsi və paylaşması obyektivliyin artırılmasına xidmət edir.
Zənurə Talıbova bildirib ki, Azərbaycanın təşəbbüsü ilə formalaşan bu platforma qlobal informasiya məkanında çoxqütblü yanaşmanın təşviqinə yönəlib. Bu, Qərb dominantlığı altında formalaşmış media strukturuna qarşı alternativ və balanslaşdırılmış diskursun yaradılmasına, regional əməkdaşlıq və inteqrasiyaya xidmət edən təşəbbüsdür. Tədbirdə Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İƏT və digər platformalar çərçivəsində media əməkdaşlığı dərinləşdirilir. Xüsusilə inkişaf etməkdə olan ölkələrin informasiya suverenliyi, media infrastrukturuna sərmayə, jurnalistlərin hazırlıq səviyyəsi və informasiya texnologiyalarına çıxışı üzrə birgə təşəbbüslər və texnoloji mübadilə imkanları geniş müzakirə olunur.
İİTKM-in şöbə müdiri vurğulayıb ki, III Şuşa Qlobal Media Forumu beynəlxalq informasiya mühitində bərabərhüquqlu, balanslı və təhlükəsiz nizamın formalaşdırılmasına yönəlmiş strateji təşəbbüsdür. Tədbirə yüksək maraq onu göstərir ki, Azərbaycan qlobal media siyasətinin formalaşmasında izləyici yox, fəal təşəbbüskar mövqeyə, məlumat mübadiləsi və informasiya müharibəsində istiqamətverici rola malikdir.
Forumun “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusuna həsr olunması isə texnoloji transformasiya və müasir çağırışlara mətbuat orqanlarının dayanıqlılığını müzakirə etmək üçün fürsət yaradır. Forumda rəqəmsal medianın gələcəyi, süni intellektin bu sahədə rolu, jurnalistika etikasının dəyişməsi kimi məsələlər müzakirə olunur. Azərbaycanın bu müzakirələrdə liderliyi media siyasətində texnoloji yeniliklərə açıq olduğunu nümayiş etdirir.
Beləliklə, III Şuşa Qlobal Media Forumu sadəcə media hadisəsi deyil, həm də Azərbaycanın qlobal informasiya gündəmində daha fəal iştirakına, Qarabağın dirçəlişini dünyaya göstərməyə, jurnalistlər üçün yeni əməkdaşlıq və tərəfdaşlıq imkanları yaratmağa yönələn tarixi hadisədir.








Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025
Gültac Əhmədzadə-Tapdıqzadə
Monitorinq və qiymətləndirmə şöbəsinin sektor müdiri
Azərbaycanın enerji transformasiyası ilə bağlı strateji hədəfləri
Samir Rəhimov
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi: Qlobal çağırışlar və Dövlət Proqramının rolu