
Hava nəqliyyatı ilə daşımaların sadələşdirilməsi ölkəmizin imkanlarını daha da genişləndirəcək
Hava nəqliyyatı ilə daşımaların sadələşdirilməsi ölkənin iqtisadi inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bu, daxili və beynəlxalq ticarət əlaqələrinin şaxələnməsinə, logistika proseslərinin sürətlənməsinə və xarici investisiyaların cəlb edilməsinə şərait yaradır. Hava yolu ilə daşımaların asanlaşdırılması həm də səyahətləri daha rahat və sürətli edərək turizm sektorunun inkişafına da müsbət təsir göstərir. Hava nəqliyyatının genişləndirilməsi yeni iş yerlərinin yaranmasına və regionlar arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə səbəb ola bilər. Bu növ infrastrukturun inkişafı ölkənin strateji mövqeyini və beynəlxalq əlaqələrini gücləndirərək qlobal bazarda daha rəqabətqabiliyyətli olmağa imkan yaradır. Bütün bu üstünlüklər ölkənin ümumi inkişafına və davamlı iqtisadi artımına da töhfə verir.
“Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir” - deyən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə son dövrlər mühüm sənədlərin qəbulu sahənin imkanlarını daha da genişləndirir. Eyni zamanda, qəbul edilən qərarlar, proqram və layihələr nəqliyyat sektoruna dövlətin diqqət və qayğısını nümayiş etdirməklə yanaşı, həm də Avroatlantik məkanın aparıcı nəqliyyat-tranzit qovşağı kimi Azərbaycanın uzunmüddətli hədəflərə istiqamətləndiyini göstərir. Bütün bunlar həm də etibarlı tərəfdaş kimi dövlətimizin mövqeyini möhkəmləndirir, Azərbaycanın öz öhdəlik və hədəflərinə sadiqliyini ifadə edir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədov bildirib ki, “Hava daşımaları üzrə rəsmiyyətin sadələşdirilməsinə dair Dövlət Proqram”nın təsdiq edilməsi ölkəmizin nəqliyyat-tranzit imkanlarını daha da artıracaq, Azərbaycanı həm də hava daşınmaları HUB-ına çevirəcək. Bu proqram qeyd olunan sahədə nəzarət və icra prosedurlarının beynəlxalq standartlara və tövsiyə olunan təcrübəyə uyğunlaşdırılması, kadr hazırlığı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsinə səbəb olacaq.
Aqil Əsədovun sözlərinə görə, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində hava daşımaları üzrə proseslər asanlaşdırılacaq və əməliyyatların səmərəliliyinin artırılmasına nail olunacaq, sərhədlərin təhlükəsizliyi gücləndiriləcək, ticarət və turizmin inkişafına, bununla da iqtisadi inkişafa və məşğulluğa töhfə veriləcək, keyfiyyətli aviasiya xidmətlərinin əlçatanlığı təmin olunacaq.
Ümumilikdə on məqsədi və on hədəfi əhatə edən Proqram qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq infrastruktur təminatının təkmilləşdirilməsi ilə reyslərin sayının artırılmasını və daşıma coğrafiyasının genişləndirilməsini də təmin edəcək. Dövlət Proqramı həm də mülki aviasiya daşımaları ilə bağlı mühüm qlobal əhəmiyyətə malik, 1944-cü ildə qəbul edilmiş Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın tələblərindən irəli gələn məsələləri özündə cəmləşdirir.
Ümumilikdə, hava daşımalarının sadələşdirilməsi sərhəd nəzarəti ilə bağlı proseslərin səmərəli idarə edilməsində və beynəlxalq hava daşımalarının sürətləndirilməsində mühüm rol oynayır. Proqram ölkəmizin hava nəqliyyatında təmin edilmiş dinamikanı daha da sürətləndirəcək, daşınmaları daha da intensivləşdirəcək.
Prezident İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildən ötən 11 il ərzində ölkəmizdə beynəlxalq aeroportların sayı 8-ə çatıb, Laçın şəhərində tikilən 9-cu isə tamamlanmaq üzrədir. Yeni Dövlət Proqramının icrası isə rəsmiyyətin sadələşdirilməsi, yükün, baqajın, poçt daşımalarının hərəkətinin asanlaşdırılması, gecikmələrin qarşısının alınması, hava əlaqələrinin sürətləndirilməsi, sərnişinlərin rahatlığının və sərnişin məmnunluğunun artırılması ilə ölkəmizin bütün hava limanlarının aktivliyini yüksəldəcək, hava daşımaları HUB-ı kimi Azərbaycanın mövqeyini daha da möhkəmləndirəcək.
Ekspert yazıları
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi
Davos 2025: “İntellektual əsrdə sənayelər”
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Davos 2025 “İnsanlara investisiya”
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir