Green Talk: “Yaşıl iqtisadiyyat: 4Sİ texnologiyaları və bulud həlləri"
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “GreenTalk" layihəsi çərçivəsində “İslahat Könüllüləri” Təşkilatının təşəbbüsü ilə "Yaşıl iqtisadiyyat: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda təlim keçirilib. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Süni intellekt üzrə layihə meneceri Ruslan Zeynalzadə əvvəlcə gənclərə süni intellektin tarixi, inkişafı və hazırda tətbiq olunduğu sahələr barədə məlumat verib. O, Blokçeyn, virtual və genişlənmiş reallıq, əşyaların interneti kimi anlayışları izah edib, texniki baxışın proqnozlaşdırılması, süni intellekt ilə reallığın dəyişdirilməsi ilə bağlı real foto və videolar əsasında nümunələr təqdim edib. Kiberhücumların süni intellektlə müəyyənləşdirilməsi, sənayedə tətbiq olunan təlim və simulyasiyalar barədə də məlumat verilib.
Ruslan Zeynalzadə bildirib ki, 4-cü Sənaye İnqilabı dövründə əsas fəaliyyət sahələrindən biri bulud texnologiyaları vasitəsilə dataların toplanması, emalı və mühafizəsidir. O, Azərbaycanda “Hökumət buludu”nun (G-cloud) yaradılması və bulud xidmətlərinin göstərilməsi tədbirlərdən də danışıb, qanunvericiliyin tələblərini diqqətə çatdırıb.
Təlimdə İslahat könüllüləri ilə yanaşı “Azərbaycan Könüllü Təşkilatları İttifaqı”nın üzvləri: “Ekokönüllü”, "Miqrasiya könüllüləri", “ASAN könüllüləri”, "Fövqəladə könüllüləri” və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri iştirak ediblər. Sonda təlimçi və İİTKM-in əməkdaşları könüllüləri maraqlandıran suallara cavab veriblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib