“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Avropa üzrə tərəfdaşları elan edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Five Continents - 500 Startups” qlobal innovasiya proqramının Avropa qitəsindən olan tərəfdaşları elan edilib:
“Deep Tech Foundry” (Malta): “Deep tech” (dərin texnologiya) sahəsində fəaliyyət göstərən "venture builder" və innovasiya dəstəyi təşkilatıdır. Texnologiya əsaslı startapların təcrübədən bazar mərhələsinə qədər sürətli inkişafını dəstəkləmək üçün biznes modelinin təkmilləşdirilməsi, strateji maliyyələşdirmə və şəbəkələşmə imkanları təmin edir. Bununla yanaşı, "Deep Tech Foundry" tədqiqatçıların elmi nəticələrinin kommersiyalaşdırılması üzrə fəaliyyət göstərir. “Startup School 4” layihəsinin tərəfdaşı kimi startaplara təlim və mentorluq xidmətləri göstərəcək, münsiflər heyətində təmsil olunaraq startapların investisiyalara çıxışına töhfələr verəcək, həmçinin Avropadan olan startapların layihəyə cəlb edilməsini təşviq edəcək.
“The Brutally Honest” (Finlandiya): Finlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən startap ekosistemi üzrə məsləhət və dəstək platformasıdır. İnvestorlar və korporasiyalara məhsul inkişafı, böyümə strategiyaları, investisiya cəlb edilməsi və komanda idarəçiliyi sahələrində strukturlaşdırılmış mentorluq və təlim xidmətləri təqdim edir. “Startup School 4” layihəsinin tərəfdaşı kimi startaplara təlim və mentorluq xidmətləri göstərəcək, startapların investisiyalara çıxışına töhfələr verəcək, həmçinin Avropadan olan startapların layihəyə cəlb edilməsini təşviq edəcək.
“BeHumbo” (Estoniya): Estoniyada yerləşən şirkət komandalara biznes və idarəetmə məsləhətləri, şəxsi inkişaf proqramları və strateji mentorluq xidmətləri təqdim edir. “Startup School 4” layihəsinin tərəfdaşı kimi startaplara təlim və mentorluq xidmətləri göstərəcək, startapların investisiyalara çıxışına töhfələr verəcək, həmçinin Estoniyadan olan startapların layihəyə cəlb edilməsini təşviq edəcək.
Avropa startapları bu proqrama müraciət etməklə qlobal mentor dəstəyi, təcrübə mübadiləsi və beynəlxalq şəbəkələrlə əlaqə imkanları əldə edəcəklər. Bu həmçinin innovativ ideyaları inkişaf etdirmək və potensial investorlara çıxışı təmin etmək üçün unikal fürsətdir.
Qeyd edək ki, “Startup School 4” layihəsinə startapların onlayn qeydiyyatı aktivdir. Layihə bu il beş qitədən 500 startapı cəlb etməyi hədəfləyir.
Son müraciət tarixi: 15 may 2026-cı il.
Qeydiyyat üçün link: https://startupschool.az/en/register








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib