“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsində əqli mülkiyyət və patentləşmə üzrə təlim keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının Əqli mülkiyyət və hüquqi tənzimləmələr” (Intellectual property and legal regulations) mövzusunda növbəti təlim sessiyası uğurla baş tutub.
Təlim layihənin tərəfdaşı, Türkiyədə fəaliyyət göstərən Kapadokya Texnoparkının baş direktoru Bilgin Yazlık tərəfindən aparılıb. Sessiya zamanı Azərbaycan, Türkiyə və Pakistanda patentləşmə sistemləri, aidiyyəti dövlət qurumları, mövcud qanunvericilik çərçivəsi və praktiki prosedurlar haqqında ətraflı məlumat təqdim olunub. İştirakçılar həmçinin bu ölkələrdə startapların qarşılaşa biləcəyi hüquqi çağırışlar və onların həlli yolları ilə tanış olublar.
Təlim çərçivəsində texnologiyaya əsaslanan layihələrin yalnız ideya səviyyəsində deyil, həm də hüquqi baxımdan qorunmasının vacibliyi vurğulanıb. Patent, müəllif hüquqları və digər əqli mülkiyyət alətlərinin istifadəsi ilə bağlı real nümunələr təqdim olunub. Nəticədə iştirakçılar öz innovativ həllərinin yerli və beynəlxalq bazarlarda qorunması, rəqabət qabiliyyətinin artırılması və kommersiyalaşdırılması istiqamətində praktik bacarıqlar qazanıblar.
“Startup School 3” layihəsi startap komandalarına investisiya imkanları ilə yanaşı, liderlik, komanda idarəetməsi, rəqəmsal alətlərdən istifadə, süni intellekt, marketinq, biznes strategiyaları və hüquqi biliklər istiqamətlərində kompetensiyalarını artıraraq uğur qazanmaq imkanı yaradır.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib