“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində növbəti təlim rəqəmsal texnologiyaların tətbiq sahələrinə həsr olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən "Startup School 3" layihəsi çərçivəsində "Yaşıl və Rəqəmsal İpək Yolu" (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının növbəti təlim sessiyası uğurla həyata keçirilib.
İştirakçılar bu dəfə “Rəqəmsal texnologiyaların tətbiq sahələri və imkanları” (Fields of Application and Opportunities in Digital Technologies) mövzusunda biliklər qazanıblar. Sessiyanı Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzində çalışan şöbə müdiri və baş elmi işçi Nicat Mehdiyev keçib.
Təlim zamanı iştirakçılar rəqəmsal texnologiyaların müxtəlif sahələrdə tətbiqi, süni intellekt əsaslı həllərin faydaları, biznesin inkişafı üçün rəqəmsal alətlərin effektiv istifadəsi barədə ətraflı məlumat əldə ediblər.
Təlim interaktiv formatda təşkil olunub, iştirakçılar sual-cavab sessiyaları və müzakirələr vasitəsilə mövzunu daha dərindən mənimsəmək imkanı əldə ediblər.
“Startup School 3” layihəsi çərçivəsində təşkil olunan bu təlim iştirakçıların həm nəzəri biliklərini zənginləşdirib, həm də rəqəmsal gələcəyə dair praktiki yanaşmaları ilə seçilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib