“Enterprise Azerbaijan” portalının “Startup School 3” layihəsi çərçivəsində növbəti onlayn təlim “Generativ süni intellekt və onun tətbiq sahələri” mövzusuna həsr edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Enterprise Azerbaijan” portalı və ABŞ-ın Nevada Universitetinin (University of Nevada, Reno) Özmen Sahibkarlıq Mərkəzi (Ozmen Center for Entrepreneurship) birgə həyata keçirdikləri “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramında növbəti onlayn təlim keçirilib.
Layihənin üçüncü təlim sessiyası “Rəqəmsal transformasiya və süni intellektin biznes mühitində yarada biləcəyi imkanlar” moduluna uyğun olaraq “Generativ süni intellekt və onun tətbiq sahələri” mövzusuna həsr edilib. Təlimi Estoniyanın “YellowX” innovasiya proqramları üzrə məsləhət firmasının məhsul inkişafı üzrə mütəxəssisi Alperen Zeki Gökmen aparıb.
Sessiya interaktiv formatda keçirilib, iştirakçılar mövzu ilə bağlı suallarını verərək fəal müzakirələr aparıblar. Mentor süni intellektin startaplar üçün geniş və mürəkkəb məlumatların sürətlə mənimsənilməsi, əməliyyatların optimallaşdırılması və innovativ həllərin yaradılması imkanlarını praktiki həllərlə təqdim edib. O, süni intellektin məlumatların inteqrasiyası və təhlilində rolu ilə yanaşı, əməliyyat səmərəliliyinin artırılması və innovasiyanın təşviqi üzrə tətbiq sahələrini də əyani nümunələrlə izah edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib