"Enterprise Azerbaijan" portalının rəhbəri Özbəkistanda bir sıra görüşlər keçirib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov Özbəkistanda bir sıra görüşlər keçirib. Özbəkistan “İT Park”ın Startap ekosistemi və investisiyaların inkişafı şöbəsinin rəhbəri İrodakhon Azimova, Proqram meneceri Mədinə Zokırova və digər nümayəndələrin iştirak etdiyi görüşdə qarşılıqlı əməkdaşlıq, o cümlədən iki ölkə ekosisteminin potensialı müzakirə olunub.
Mərkəzi Asiya Universitetində “Biznes Məktəbi”nin dekanı professor Odiljon Abdurazzakov ilə keçirilən görüşdə isə "Enterprise Azerbaijan" portalı ilə Universitet arasında əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
İsa Qasımov həmçinin Daşkənd Kimya Texnologiya İnstitutunun prorektoru professor Ənvər Şernayev ilə görüşüb. Texnologiyaların transferi sahəsində potensial əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdən sonra “Composite Floor” şirkətinin bazara çıxardığı innovativ inşaat materialları ilə tanışlıq olub. Bununla yanaşı, Azərbaycanlı sahibkar Şəhla Ərəbovanın qurduğu “Demure Art House” ilə tanış olub.
Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) qurucusu və İdarə heyətinin sədri Ruslan İmanzadə ilə görüşdə Azərbaycan-Özbəkistan əməkdaşlığı ilə yanaşı, bütövlükdə Orta Asiya respublikaları ilə biznes əlaqələrinin qurulması və inkişaf etdirilməsi istiqamətində birgə layihələrin, işgüzar görüşlərin təşkili müzakirə olundu. Xüsusilə, intellektual xidmətlərin təşkili sahəsində təkliflərin hazırlanması haqqında razılığa gəlindi. Günün sonunda ATUİAB-ın dəstəyi ilə azərbaycanlı sahibkarların Daşkənddə qurduğu "Yemali" restoranında bir qrup iş adamı ilə görüşərək, biznes fürsətləri müzakirə edildi.
Özbəkistanda fəaliyyət göstərən “İpoteka bankı”nın Daşkənd şəhəri üzrə rəhbəri Sərdar Salayev ilə baş tutan görüşdə bank sektorunun mövcud vəziyyəti və perspektivləri, eləcə də potensial əməkdaşlıq haqqında müzakirələr aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib