"Enterprise Azerbaijan" portalı “Startup School 3” layihəsini AzMİU-da təqdim etdi
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Startup School 3” layihəsi çərçivəsində növbəti infosessiya keçirib.
İnfosessiyada universitetin rəhbər heyətindən nümayəndələr, startap komandaları, innovativ sahəyə maraq göstərən tələbələr, eləcə də media nümayəndələri iştirak ediblər. Sessiyanın əsas məqsədi iştirakçılara “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı haqqında ətraflı məlumat təqdim etmək, proqramın iştirak imkanlarını izah etmək və gənclərin innovasiya və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək olub.
Təqdimatla çıxış edən "Enterprise Azerbaijan" portalının layihə meneceri Aydan Hüseynzadə “Yaşıl və Rəqəmsal İpək Yolu” proqramının əsas məqsədləri, mərhələləri və iştirakçılara təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verib. O bildirib ki, proqram yaşıl texnologiyalar və rəqəmsal həllər üzrə çalışan startapları dəstəkləməklə innovasiya mühitinin genişlənməsinə, regional əməkdaşlığın gücləndirilməsinə və investisiya imkanlarının artırılmasına xidmət edir.
İnteraktiv formatda keçirilən sessiya zamanı iştirakçılar seçim meyarları, təlim və mentorluq imkanları, eləcə də beynəlxalq tərəfdaşlıqlar barədə məlumatlandırılıblar. Sessiya çərçivəsində tələbələrin sualları cavablandırılıb, startapların inkişafına dair faydalı tövsiyələr paylaşılıb.
Qeyd edək ki, sessiya AzMİU-da davam edən “ConstructionTech Incubation” layihəsinin hakaton mərhələsi çərçivəsində təşkil olunub. 21 komanda iki gün ərzində memarlıq və inşaat sahəsində konkret problemlər üzərində işləyərək innovativ həllər hazırlayacaqlar.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib