
"Enterprise Azerbaijan" Milli Aviasiya Akademiyasında “Startup School 3” layihəsini təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalının “Startup School 3” layihəsi ilə bağlı Milli Aviasiya Akademiyasında (MAA) infosessiya keçirilib. Tədbirdə innovasiya, texnologiya və sahibkarlıq sahələrinə maraq göstərən tələbələr, startap ideyalarına malik gənclər və texnoloji təşəbbüslərlə maraqlananlar iştirak ediblər.
İnfosessiyada “Startup School 3” layihəsinin “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı haqqında məlumat verilib. Təqdimatla çıxış edən "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov proqramın mərhələləri, məqsədləri və gənc iştirakçılar üçün təqdim etdiyi dəstək mexanizmləri haqqında danışıb. O vurğulayıb ki, bu təşəbbüs xüsusilə yaşıl texnologiyalar və rəqəmsal həll yolları formalaşdırmağa maraq göstərən startapları dəstəkləməklə, gənclərin beynəlxalq innovasiya mühitinə inteqrasiyasını və texnoloji inkişaflara töhfə vermələrini təşviq edir.
Görüşdə tələbələrlə interaktiv müzakirələr aparılıb, onların təlim-mentorluq prosesi və meyarlar haqqında sualları cavablandırılıb, həmçinin startap fəaliyyəti ilə bağlı faydalı tövsiyələr verilib.
Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramının məqsədi Azərbaycanda texnologiyaya əsaslanan startap ekosisteminin inkişafını sürətləndirmək, gənc mühəndis və təşəbbüskarların yaradıcı potensialını üzə çıxarmaq, eyni zamanda onların qlobal bazarlara çıxış imkanlarını artırmaqdır.
Akselerasiya proqramına startapların qeydiyyatı cari ilin avqust ayının 1-ə kimi davam edəcək.
Qeydiyyat üçün link: https://forms.gle/YwzgE1aXizJ6Km2e9


Ekspert yazıları
Səbinə Cumazadə
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Rəqabətqabiliyyətli məhsul istehsalı üçün milli standartlaşdırmanın təkmilləşdirilməsi əhəmiyyətlidir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan - Çin münasibətləri: formalaşması və perspektivləri
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycan-Almaniya strateji tərəfdaşlığında yeni perspektivlər: Yaşıl gələcəyə doğru
Ayaz Museyibov
İİTKM-in icraçı direktorunun müavini
Süni intellektə strateji baxış ölkənin rəqəmsal gələcəyinin möhkəmlənməsində mühüm rol oynayacaq
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Sosial sahibkarlıq iqtisadiyyatın dayanıqlılığı üçün mühüm vasitədir
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
İğdır-Naxçıvan qaz kəməri: sosial-iqtisadi, siyasi və strateji əhəmiyyəti
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafı ixrac bazarlarına müsbət təsir göstərəcək