“Enterprise Azerbaijan” ilə “Kapadokya Teknopark” arasında əməkdaşlıq istiqamətləri müəyyən olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri ilə Türkiyənin nüfuzlu innovasiya mərkəzlərindən biri olan “Kapadokya Teknopark”ın baş direktoru Bilgin Yazlık arasında onlayn görüş olub.
Görüşün əsas məqsədi “Enterprise Azerbaijan” portalının təşəbbüsü ilə həyata keçirilən “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramında iki qurum arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək olub. Müzakirələrdə innovasiyayönümlü startapların inkişaf etdirilməsi, texnologiya transferi və qlobal startap ekosistemində birgə iştirak imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər texnoloji bilik və təcrübə mübadiləsi, həmçinin startaplara mentorluq dəstəyinin verilməsi sahəsində razılığa gəliblər. İştirakçılar regionlararası bilik mübadiləsinin artırılması üçün daimi dialoqun vacibliyini vurğulayıblar.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025