"Enterprise Azerbaijan" Dövlət İdarəçilik Akademiyasında “Startup School 3” layihəsini təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Enterprise Azerbaijan" portalı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Startup School 3” layihəsi çərçivəsində infosessiya keçirib. Tədbirdə innovasiya və sahibkarlıq sahəsinə maraq göstərən tələbələr və startap ideyalarına sahib gənclər iştirak ediblər. Sessiyanın əsas məqsədi iştirakçıları “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı ilə tanış etmək, proqramın təqdim etdiyi imkanlar barədə məlumat vermək və gənclərin innovativ düşüncə və təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirmək olub.
Təqdimatla çıxış edən "Enterprise Azerbaijan" portalının rəhbəri İsa Qasımov proqramın məqsədləri, mərhələləri və iştirakçılara təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verib. O qeyd edib ki, bu təşəbbüs yaşıl texnologiyalar və rəqəmsal həllər üzərində çalışan startapları dəstəkləməklə gənclərin beynəlxalq innovasiya mühitinə inteqrasiyasını təşviq edir və regional əməkdaşlıq imkanlarını artırır.
İnteraktiv müzakirələr zamanı tələbələr mentorluq, təlim mərhələləri və seçim meyarları ilə bağlı suallar ünvanlayıb, eləcə də proqramdan necə faydalana biləcəkləri barədə praktik tövsiyələr alıblar.
Qeyd edək ki, “Yaşıl və Rəqəmsal İpək Yolu” (Green and Digital Silk Road) beynəlxalq akselerasiya proqramı yerli və beynəlxalq innovasiya təşəbbüsləri ilə inteqrasiya olunaraq həyata keçirilir və Azərbaycanda texnologiyayönümlü startap ekosisteminin formalaşmasına, gənc mühəndislərin və təşəbbüskarların potensialının inkişafına, eləcə də onların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə xidmət edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib