“Ekoloji məsələlər” üzrə İşçi qrup ilin yekunlarını müzakirə etdi
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Ekoloji məsələlər” İşçi qrupunun müzakirəsi təşkil olunub. Qrup Strategiyanın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” məqsədi üzrə 2024-cü ildə görülmüş işləri müzakirə edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilmiş iclasda İşçi qrupun sədri, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Strategiyanın tədbirlər planına uyğun olaraq il ərzində icra edilmiş və icrası nəzərdə tutulan layihələr barədə məlumat verib. O bildirib ki, ölkəmizdə təşkil olunmuş COP29 beynəlxalq tədbiri bir sıra istiqamətlər üzrə işlərin sürətlənməsinə səbəb olub. Bəzi çağırışların hələ də mövcud olduğunu deyən nazir müavini birgə fəaliyyətin vacibliyini də vurğulayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktorunun müavini Ayaz Müseyibov hesabat dövründə icra edilmiş, həmçinin icrası tamamlanmamış tədbirlər barədə məlumat verib.
İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri Əbdülrəhim Dadaşov ilin yekunlarına dair monitorinq hesabatını təqdim edib. Sonra ayrı-ayrı məsələlər üzrə icraçı qurumlarla fikir mübadiləsi aparılıb.
Ekoloji məsələlər” İşçi qrupunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İİTKM ilə yanaşı, İqtisadiyyat, Maliyyə, Elm və Təhsil, Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Rəqəmsal İnkişaf və Nəqliyyat, Energetika nazirlikləri, həmçinin Dövlət Statistika Komitəsi, Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Dövlət Su Ehtiyatları Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC, Qida Təhlükəsizliyi Agentliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, AMEA, “Təmiz şəhər” ASC, Dövlət Neft Şirkəti və AZAL-ın rəhbər şəxsləri təmsil olunurlar.









Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib