Baş nazir 2027–2030-cu illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması üçün Komissiya yaratdı
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasının təmin edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla Strategiyanın və Dövlət Proqramının layihələrinin hazırlanmasında aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Komissiya, içşi qruplar və alt işçi qrupların yaradılması tapşırılıb, həmçinin tərkiblərin təsdiq olunmasına dair göstəriş verilib.
Sənədə əsasən, alt işçi qrupların rəhbərləri Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərini və tədbirlər planlarının layihələrini, eləcə də tədbirlərin icrası ilə bağlı maliyyə ehtiyaclarına dair təkliflərini 2025-ci ilin noyabr ayının 1-ə qədər Komissiya sədrinin müavininə təqdim etməlidirlər.
Bundan başqa, işçi qrupların rəhbərləri - Komissiyanın sədr müavinləri təqdim edilən ilkin icmal layihələrə işçi qruplarda baxılmasını təşkil etdikdən sonra Strategiya və Dövlət Proqramının işçi qruplar tərəfindən hazırlanmış son layihələrini 2025-ci ilin 20 dekabr tarixinədək Komissiyanın sədrinə təqdim etməlidirlər.
Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Komissiyada, işçi qruplar və alt işçi qruplarda üzv kimi təmsil olunur.
Nazirlər Kabinetinin bu Sərəncamı ölkəmizin ötən illərdə əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin davamlı şəkildə artırılması, bunun üçün özəl, o cümlədən birbaşa xarici investisiyaların cəlb edilməsinin genişləndirilməsi, biznes mühitinin əlverişliliyinin yüksəldilməsi, iqtisadiyyatın bilik və texnologiya tutumunun gücləndirilməsi, həmçinin işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın davamlılığının təmin edilməsi üçün uyğun siyasət və islahat istiqamətlərini müəyyən edərək “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın formalaşdırılması, bu sahədə strateji planlaşmanın və idarəetmənin effektiv təşkili və əlaqələndirilməsi məqsədilə imzalanıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib