Bakıda TDT görüşü: əməkdaşlıq və həmrəylik güclənir
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin ikinci görüşünün keçirilməsi Azərbaycanın türk dünyasındakı nüfuzunu daha da gücləndirir, strateji koordinasiya mərkəzi rolunu vurğulayır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmaları Mərkəzinin (TDAM) rəhbəri İlyas Hüseynov bildirib ki, bu tədbir regionun tranzit və nəqliyyat potensialını gündəmə gətirərək iqtisadi əməkdaşlıq və investisiya imkanlarını artırmaq üçün əlverişli şərait yaradır. Eyni zamanda, bu görüş türk dövlətləri arasında həmrəyliyin simvolu olaraq siyasi etimad və regional stabilliyi möhkəmləndirir. TDT-nin məramı sülhə, əməkdaşlığa, əmin-amanlığa, qarşılıqlı hörmətə və qarşılıqlı maraqlara yönəlib.
Ötən il Azərbaycanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə ümumi ticarət dövriyyəsi 5 faizdən çox artıb. Azərbaycanın üzv dövlətlərə yatırdığı sərmayələrin ümumi həcmi isə 21 milyard ABŞ dollarıdır. Eyni zamanda, bir sıra tərəfdaş ölkələrlə yaradılmış birgə investisiya fondları prioritet sahələr üzrə qarşılıqlı sərmayə qoyuluşunun genişlənməsinə və iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
İlyas Hüseynov qeyd edib ki, Qarabağın bərpasında və yenidən qurulmasında qardaş ölkələr fəal iştirak edir. İşğaldan azad edilmiş ərazilərdə həm bərpa işlərinə, həm yeni müəssisələrin yaradılmasına dəstək verilməsi mühüm əhəmiyyət kəsb edir. Füzuli rayonunda Özbəkistan tərəfindən hədiyyə edilmiş Mirzə Uluqbəy məktəbi və Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi fəaliyyət göstərir. Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan Manas məktəbi fəaliyyət göstərir. Bu məktəblər yalnız təhsil müəssisəsi deyil, həm də qardaş ölkələrin Azərbaycana dəstəyinin və dostluğunun rəmzidir.
Azərbaycan da öz növbəsində TDT çərçivəsində hər zaman lazım olan dəstəyi göstərir. Türkiyədə yaşanan dəhşətli zəlzələdən sonra Azərbaycanın maliyyə imkanları hesabına Kahramanmaraşda 100 milyon ABŞ dolları dəyərində “Azərbaycan məhəlləsi” tikilib.
İqtisadi əməkdaşlıq və sərmayə qoyuluşu məsələləri ilə yanaşı, Türk dünyası, Türk Dövlətləri Təşkilatı qarşısında duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarını genişləndirməkdir. Xüsusilə indiki geosiyasi vəziyyətdə Orta Dəhliz, Trans-Xəzər dəhlizi, Zəngəzur dəhlizi, bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Artıq Zəngəzur dəhlizinin avtomobil yolu hissəsinin təqribən 90 faizi, dəmir yolunun isə təxminən 70 faizi hazırdır.
Beləliklə, Bakıda keçirilən görüş türk dünyasında birliyin və strateji həmrəyliyin əhəmiyyətini bir daha təsdiqləyir. Tədbir TDT-yə üzv dövlətlər arasında qarşılıqlı etimad və həmrəylik, gələcək əməkdaşlıq üçün dayanıqlı əsas yaradır.









Ekspert yazıları
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Aqrar dəstək mexanizmləri fermerlər və ixracatçılar üçün yeni imkanlar yaradacaq
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Bakı-Tbilisi-Qars dəmir yolunun genişmiqyaslı modernləşdirilməsi: Orta Dəhliz və Avrasiya bağlantısında yeni strateji mərhələ
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Azərbaycan Cənubi Qafqazda sülhün, Avropada enerji təhlükəsizliyinin təminatçısıdır
Rəşad Nəcəfli
İqtisadi təhlil şöbəsinin müdir müavini
Azərbaycan Cənubi Qafqazda sülh və təhlükəsizliyin təminatçısıdır
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Süni intellektin miqyaslandırılması: ən çətin mərhələ başlayır – Davos 2026 panelindən əsas mesajlar
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
İnnovasiya ekosisteminə keçid: Azərbaycanın strateji seçimi
Aygün Əhmədova
Strateji planlaşdırma şöbəsinin baş məsləhətçisi, RTQ-nin rəhbəri v.i.e
Rəqəmsal tərəqqi və trendlər hesabatı 2025