Azranking.az: “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun videokonfrans formatında iclası keçirilib.
İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb. Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxışında sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirməklə yanaşı, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib.
Gündəliyə uyğun olaraq işçi qrupunun ötən iclasında verilmiş tapşırıqlarla bağlı görülmüş işlər barədə məlumat verilib. Dünya Bankının “B-Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsinin cari ildə icra vəziyyətinə dair hesabat dinlənilib. “Kommunal xidmətlər (elektrik)” indikatoruna dair sorğunun cavablandırılması ilə bağlı görülmüş işlər barədə məlumat verilib, eləcə də gündəliyə uyğun görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb, göstəricilərin daha da təkmilləşdirilməsi üçün tövsiyələr təqdim edilib.
İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və işçi qrupuna üzv olan digər aidiyyəti qurumların və özəl şirkətlərin nümayəndələri iştirak edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib