Azranking.az: “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
İşçi qrupun rəhbəri energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək iclasın gündəliyi barədə məlumat verib və müzakirə olunacaq məsələlərin vaxtında və səmərəli icrasına diqqət çəkib.
Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyev İşçi qrupunun fəaliyyətindən danışaraq müvafiq sahədə əldə edilmiş nailiyyətləri və qarşıda duran vəzifələrin səmərəli icrasının ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edib. Dünya Bankının aprel ayında açıqlanan ilkin hesabatında müvafiq sahədə əldə edilmiş qiymətləndirmə nəticələrinə əsasən ölkəmizin yüksək göstəricilər əldə etdiyini diqqətə çatdırıb.
İşçi qrupun rəhbərinin müavini, “Azərişıq” ASC-nin sədrinin birinci müavini Ramil Yusifov isə çıxışında ASC tərəfindən müvafiq sahədə görülən tədbirlər barədə məlumat verib. Həmçinin, ölkədə əlverişli biznes mühitinin formalaşması, şəbəkəyə qoşulma, müştəri məmnuniyyəti, qabaqcıl təcrübələrin ölkəyə cəlbi və tətbiqi istiqamətində mühüm işlərin yerinə yetirildiyini qeyd edib.
İclasda Dünya Bankının “Business Ready” hesabatının “Kommunal xidmətlər (elektrik)” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsinin bu ilin 6 ayı üzrə icra vəziyyətinə dair hesabat təqdim edilib, hər bir tədbir üzrə görülən işlər və növbəti addımlar nəzərdən keçirilib.
Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” müvafiq Fərmanının icrası məqsədilə mövcud altqrup çərçivəsində Kommunal Xidmətlər Vahid İnformasiya Sisteminin (KXVİS) yaradılması istiqamətində atılan addımlar, görülən işlər barədə məlumat verilib.
Sonda Yol Xəritəsində növbəti yarımil üzrə icrası nəzərdə tutulan və görüləcək tədbirlərlə bağı müzakirələr aparılıb, müvafiq tədbirlərin vaxtında və səmərəli icrası məqsədi ilə aidiyyəti dövlət qurumları ilə kommunikasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.
İclasda Energetika, İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyinin nümayəndələri iştirak edib.
İşçi qrupda İİTKM-i Monitorinq və qiymətləndirmə şöbəsinin əməkdaşı Əbdülrəhim Dadaşov təmsil edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib