Azranking.az: Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun növbəti iclası keçirilib
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində fəaliyyət göstərən Ekoloji, sosial və korporativ idarəetmə standartları üzrə alt-qrupun iclasında Azərbaycanda ESG prinsipləri üzrə məlumatlıq səviyyəsinə dair sorğunun nəticələri açıqlanıb.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə alt-qrupunun növbəti iclası keçirilib.
Onlayn formatda təşkil olunmuş iclasda dövlət qurumlarının, eləcə də bir sıra ictimai birliklərin və məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər.
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azәrbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasәt vә sәnaye mәsәlәlәri şöbәsinin sektor müdiri Vüsal Şıxәliyev və ESG standartları üzrə alt-qrupun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini Natiq Həsənov alt-qrup çərçivəsində 2023-cü ildə görülmüş işlərə və qarşıdakı vəzifələrə dair fikirlərini bölüşüblər. Qeyd edilib ki, 2023-cü ildə Azərbaycanda ESG prinipləri üzrə məlumatlıq səviyyəsinə dair sorğu keçirilib, KOBİA-nın əlaqələndiricisi olduğu Almaniya-Azərbaycan Birgə Proqramı çərçivəsində yerli sahibkar və menecərlər müvafiq sahə üzrə beynəlxalq təlimdə iştirak ediblər.
İclasda ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023-cü il üçün Yol Xəritəsinin icrası sahəsində görülmüş tədbirlərə, Azərbaycanda ESG prinipləri üzrə məlumatlıq səviyyəsinə dair aparılmış sorğunun nəticələri haqqında təqdimatlar keçirilib, növbəti il üçün fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb. Həmçinin iclasda Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi nəzərə alınaraq ESG standartları üzrə alt-qrup çərçivəsində də müvafiq tədbirlərin görülməsi, qrup üzvlərinin bununla bağlı təkliflərinin nəzərdən keçirilməsi də qeyd edilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib