Azranking.az: “Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında iclası keçirilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında iclası keçirilib.
İclasda müvafiq dövlət qurumlarının, həmçinin özəl sektorun nümayəndələrinin iştirakı ilə işçi qrupun Yol xəritəsində nəzərdə tutulmuş bəndlərin icrası ilə bağlı müzakirələr aparılıb. Həmçinin Dünya Bankının “B-Ready” layihəsinin Beynəlxalq ticarəti indikatoru üzrə sorğuya verilmiş cavabların yenilənmiş versiyası və gələcəkdə müvafiq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması ilə əlaqədar fikir mübadiləsi aparılıb. Bu istiqamətdə işçi qrupun rəhbəri tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmiş və gələcəkdə atılacaq addımlara dair tövsiyələr verilib.
İclasda həmçinin müvafiq sahədə təkmilləşdirmələrin aparılması məqsədilə ”Beynəlxalq ticarət” işçi qrupunun tərkibində Dövlət Gömrük Komitəsinin rəhbərliyində yaradılmış “Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması” altqrupu barədə məlumat verilmiş və hazırda altqrupun Yol xəritəsinin hazırlanması barədə işlərin görüldüyü bildirilib.
Son olaraq işçi qrupun və Komissiyanın katibliyinin rəhbərləri tərəfindən işçi qrupun gələcək fəaliyyəti, o cümlədən qarşıdakı dövr üzrə Yol xəritəsinin hazırlanması üzrə görülən işlərə dair tövsiyələr verilib və müvafiq Yol xəritəsinə salınacaq bir sıra bəndlər üzrə müzakirələr aparılıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib