“Azexport” və Sumqayıt Texnologiyalar Parkı arasında əməkdaşlıq müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov ilə Sumqayıt Texnologiyalar Parkının (STP) nümayəndəsi Elnur İsmayılov arasında görüş keçirilib. Görüşdə Azərbaycanın sənaye məhsullarının ixrac potensialı, istehsal imkanları və bu sahədə rəqəmsal alətlərin rolu müzakirə olunub.
Ayxan Qədəşov “Azexport” portalı vasitəsilə ixracatçılara göstərilən xidmətlər və rəqəmsal platformanın beynəlxalq bazarlara çıxışda yaratdığı imkanlar barədə məlumat verib. O bildirib ki, sənaye məhsullarının, xüsusilə də texnologiyaya əsaslanan məhsul növlərinin xarici bazarlarda təbliği qeyri-neft ixracının şaxələndirilməsi üçün əhəmiyyətlidir.
Tərəflər Azərbaycanın rəqabətqabiliyyətli məhsullarının dünya bazarlarında daha geniş təmsil olunması, STP-də istehsal olunan məhsulların beynəlxalq platformalarda təqdim edilməsi və birgə informasiya təşviqatı layihələrinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar.
Sumqayıt Texnologiyalar Parkı ölkənin iri sənaye mərkəzlərindən biri olmaqla, son illərdə həm istehsal miqyasını genişləndirib, həm də bir sıra innovativ məhsulları bazara çıxarıb. STP-nin məhsulları müxtəlif regionlarda maraqla qarşılanır və ixrac coğrafiyası ilbəil genişlənir.
Bu əməkdaşlıq çərçivəsində “Azexport” portalı ilə Sumqayıt Texnologiyalar Parkı arasında birgə fəaliyyət planının hazırlanması, rəqəmsal təşviqat alətlərindən istifadənin gücləndirilməsi və yerli istehsalın beynəlxalq bazarlarda tanıdılması nəzərdə tutulub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib