“Azexport” və “Qaz Trade” arasında görüş keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı və Qazaxıstanın “Qaz Trade” Ticarət Siyasətinin İnkişafı Mərkəzi SC arasında onlayn görüş keçirilib. Görüşdə beynəlxalq ticarət, elektron ticarət, startap ekosistemi və sahə üzrə təlim-tədris prosesləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin “Azexport” tərəfindən rəqəmsal sərgi və konfrans məkanının qurulması istiqamətində görülən işlər barədə məlumat verilib. “Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Rəqəmsal sərgi zalında Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən olan 100 şirkətin rəqəmsal stendlərinin və məhsul nümayişinin yaradılması istiqamətində işlər davam etdirilir. Artıq Azərbaycan, Türkiyə və Özbəkistandan özəl və dövlət qurumları bu istiqamətdə işləməkdə, dəstək göstərməkdə maraqlı olduqlarını ifadə ediblər.
“Qaz Trade” şirkətin beynəlxalq əlaqələr departamentinin rəhbəri Aynur Amirbekova elektron ticarətin “2D” mühitdən “3D” mühitə doğru istiqamətlənməyə başladığını bildirərək təmsil etdiyi ölkənin bu layihədə yer almasında maraqlı ola biləcəyini vurğulayıb. O təşkilatın ticarət siyasətinin inkişafı istiqamətində gördüyü işlər barədə də məlumat verib. Tərəflər qarşılıqlı əməkdaşlıq imkanlarının perspektivlərini müzakirə ediblər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib