“Azexport” və “Enterprise Azerbaijan” portallarının rəhbərləri DİA-nın tələbələri ilə görüşüblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov Prezident yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) maarifləndirici tədbirdə çıxış ediblər.
DİA-nın Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən “Biznes” klubunun təşkilatçılığı ilə keçirilən tədbir “Rəqəmsal iqtisadiyyat: startaplar və beynəlxalq e-ticarət imkanları” mövzusuna həsr olunub. Görüş çərçivəsində rəqəmsal transformasiya şəraitində startapların inkişaf perspektivləri, e-ticarətə keçid mərhələləri və yerli məhsul və xidmətlərin beynəlxalq bazarlara çıxarılması imkanları müzakirə edilib.
Tədbirdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov spiker qismində çıxış edərək iştirakçılara rəqəmsal iqtisadiyyat, ixrac fəaliyyətinin genişləndirilməsi və innovativ biznes modelləri barədə ətraflı məlumat veriblər.
Görüşdə startap təmsilçiləri real təcrübələrə əsaslanan praktik yanaşmalar və uğurlu nümunələr təqdim ediblər.
Maarifləndirici görüş rəqəmsal iqtisadiyyat, startap ekosistemi və beynəlxalq e-ticarət imkanlarına maraq göstərən tələbələr üçün faydalı müzakirə platforması rolunu oynayıb.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib