“Azexport”un rəhbəri “Aqrobiznesin İnkişafı Forumu-3” tədbirində iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri Quba şəhərində təşkil olunmuş “Aqrobiznesin İnkişafı Forumu-3” tədbirinə qatılıb. Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilmiş forumda müxtəlif dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən assosiasiya üzvləri və sahibkarlar iştirak ediblər.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov aqrar sahədə yeni fəaliyyətə başlayan sahibkarlara portalın imkanlarına dair məlumat verərək, onları əməkdaşlığa dəvət edib. Daha sonra bu çərçivədə sahibkarlarla müzakirələr aparılıb.
Tədbirdə Azərbaycanda kənd təsərrüfatının maliyyələşdirilməsi üzrə mövcud vəziyyət, aqrar sahənin maliyyələşmə ehtiyacları, kənd təsərrüfatının maliyyələşdirilməsində dövlət və özəl maliyyə sektoru qarşısında çağırışlar, yaşıl maliyyə və iqlimə davamlılıq üçün dövlət dəstək alətləri, kənd təsərrüfatı kooperativlərinin aqrobiznesin inkişafında rolu, Türk Dövlətləri Təşkilatı (TDT) regionunun kənd təsərrüfatı potensialı mövzularında müxtəlif sessiyalar təşkil olunub.
Forum çərçivəsində, həmçinin kənd təsərrüfatı üzrə maliyyələşmə əldə etmiş sahibkarların uğur hekayələri dinlənib, bu istiqamət üzrə sahənin dəstəklənməsi üçün növbəti illərdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.
Ekspert yazıları
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycanın qeyri-neft ixracı yeni dövrə qədəm qoyur
Aqil Əsədov
Strateji planlaşdırma şöbəsinin müdiri
Regionda Azərbaycanın iştirakı, razılığı olmadan hər hansı layihənin uğurla reallaşdırılması qeyri-mümkündür
Lətif Zeynallı
Strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
Azərbaycanın D-8 üzvlüyü regionun iqtisadi dinamikasını dəyişəcək
Təranə Salıfova
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Qarabağ və Şərqi Zəngəzurun bərpası ən vacib prioritetlərdən biridir
Elnur Ələkbərov
İqtisadi təhlil şöbəsinin müdir müavini
Uzunmüddətli sosial-iqtisadi inkişafa töhfə
Vüsal Qasımlı
İİTKM -in icraçı direktoru
Dövlət müəssisələrinin islahatı səmərəlilik və ədalət prinsiplərinə söykənir
Nicat Hacızadə
İİTKM-in şöbə müdiri
Qeyri-neft-qaz xidmət ixracı 37,1% artaraq 4,6 milyard ABŞ dolları olub