“Azexport” portalının nümayəndələri "Yerli şirkətlərin tanıtım sərgisi”ni ziyarət ediblər
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının nümayəndələri Bakı Ekspo Mərkəzində təşkil olunmuş 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi”ni ziyarət ediblər.
“Azexport” komandası sərgi çərçivəsində müxtəlif sahələrdə fəaliyyət göstərən yerli şirkətlərin məhsul və xidmətləri ilə tanış olub, ixrac potensialı olan yeni şirkətlərlə əməkdaşlıq imkanlarını dəyərləndirib. Eyni zamanda, portalın artıq əməkdaşlıq etdiyi şirkətlərin stendləri ziyarət olunub.
Sərgidə “Azexport.az” portalına qoşulmaq istəyən yeni şirkətlərə bu platformanın təqdim etdiyi sərbəst satış sertifikatı, rəqəmsal ixrac imkanları və digər xidmətlər barədə ətraflı məlumat verilib. Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, sərgi yerli sahibkarlarla birbaşa təmas qurmaq, məhsul və xidmətləri yerində görmək, yeni tərəfdaşların müəyyənləşdirilməsi və mövcud əməkdaşlıqların inkişafı baxımından səmərəli keçib. “Azexport.az” Azərbaycan məhsullarının ixrac potensialını genişləndirmək və rəqəmsal alətlərlə sahibkarları dəstəkləməyə davam edir.
Qeyd edək ki, 6-cı “Yerli şirkətlərin tanıtım sərgisi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə baş tutub. Sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, tekstil, logistika və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət iştirak edib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib