“Azexport” portalı yenidən Bolqarıstana ixrac üçün sərbəst satış sertifikatı təqdim edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı tərəfindən yenidən Azərbaycanda istehsal olunan spirtli içkilərin Bolqarıstan Respublikasına ixracı üçün sərbəst satış sertifikatları təqdim olunub.
Portalın rəhbəri Ayxan Qədəşov bildirib ki, sərbəst satış sertifikatı Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixrac potensialının artırılmasına, xüsusilə Avropa bazarlarında yerli məhsulların mövqeyinin möhkəmləndirilməsinə mühüm töhfə verir: “Bu sertifikat təkcə hüquqi sənəd deyil, həm də 'Made in Azerbaijan' brendinin keyfiyyət göstəricisidir. Bolqarıstan kimi Avropa İttifaqına üzv ölkələrə ixrac üçün tələb olunan texniki və sanitar-epidemioloji tələblərə uyğunluğu təsdiqləyən bu sənəd yerli istehsalçıların beynəlxalq bazarlara daha sürətli və rəqabətədavamlı şəkildə çıxmasına şərait yaradır.”
A. Qədəşov əlavə edib ki, “Azexport” portalı sahibkarlara xidmətlər göstərməklə yanaşı, onların məhsullarının yeni bazarlara çıxışına dair strateji dəstək də verir.
Qeyd edək ki, sərbəst satış sertifikatı Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2017-ci il tarixli müvafiq Fərmanına uyğun olaraq, “Azexport” portalı tərəfindən təqdim olunur. Sertifikat ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiq edir.
Ümumilikdə, 2018-ci ilin aprel ayından 2025-ci ilin iyun ayına kimi 761 adda məhsula sərbəst satış sertifikatı verilib. Sertifikatın verilməsi “Made in Azerbaijan” məhsullarının əvvəllər ixracda çətinlik yaranan 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya, Avropa və Körfəz ölkələrinə ixracını asanlaşdırıb.
Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar “www.azexport.az” portalı vasitəsilə müraciət edə bilərlər.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib