“Azexport” portalı və “Kartaş Kimya” MMC arasında əməkdaşlıq imkanları müzakirə olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport” portalının rəhbəri Ayxan Qədəşov və “Kartaş Kimya” MMC-nin İxrac departamentinin müdiri Cahangir Səfərov arasında görüş keçirilib. Görüşdə Azərbaycanda istehsal edilən tikintidə istifadə olunan kimyəvi məhsulların beynəlxalq bazarlara çıxışı, ixrac potensialı və bu sahədə rəqəmsal imkanların rolu müzakirə olunub.
Ayxan Qədəşov “Azexport” portalının təqdim etdiyi rəqəmsal həllər və ixracatçılara göstərdiyi xidmətlər barədə təqdimatla çıxış edib. O vurğulayıb ki, tikinti sahəsinə aid məhsulların ixracı son dövrlər xeyli artıb. Məhz bu səbəbdən “Kartaş Kimya” kimi innovativ və istehsal gücü yüksək olan şirkətlərlə “Azexport” portalı arasında əməkdaşlıq ölkəmizin qeyri-neft ixracının inkişafı baxımından əhəmiyyətlidir.
Görüşdə Azərbaycanın istehsal və ixrac imkanlarının genişləndirilməsi istiqamətində birgə fəaliyyətin əsas istiqamətləri, məhsulların xarici bazarlarda tanıdılması və onların rəqəmsal platformalarda təbliğinə dair məsələlər müzakirə olunub.
Qeyd edək ki, cari ilin aprel ayında Sumqayıt Kimya Sənaye Parkında yerləşən və “Kartaş Kimya” MMC-yə məxsus olan yeni zavod istifadəyə verilib. Zavodun fəaliyyəti ölkədə istehsal olunan məhsulların çeşidinin artırılmasına, idxalı əvəzləyən məhsulların istehsalına və eyni zamanda Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstan kimi ölkələrə ixracın genişləndirilməsinə xidmət edir.
“Azexport portalı” və “Kartaş Kimya” MMC arasında qurulan bu əməkdaşlıq çərçivəsində Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə istehsal potensialının gücləndirilməsi, ixrac coğrafiyasının genişləndirilməsi və yerli brendlərin beynəlxalq bazarlarda daha aktiv təmsil olunması nəzərdə tutulur.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib