Azexport portalı “Pay Ring” rəqəmsal ödəniş sisteminin icrasına başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu www.azexport.az internet portalı “Pay Ring” layihəsinin icrasına başlayıb. Portal bu layihənin icrasına Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” nda müəyyən olunan başlıca hədəfləri əsas götürərək başlayıb.
Qeyd edək ki, “Pay Ring” – nağdsız ödənişlərin müasir simsiz “NFC (Near Field Communication)” rabitə sistemlərindən istifadə etməklə üzük vasitəsi ilə həyata keçirilməsi prosesidir.
Azexport portalının meneceri Ayxan Qədəşov bildirir ki, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin stimullaşdırılması və şəffaflığın artırılmasına yönəlik olan “Pay Ring” layihəsinin iş prinsipi “NFC” sistemi ilə işləyən plastik kartlarla eynidir. Qurğunu plastik kartlardan fərqləndirən əsas üstünlükləri aşağıdakılardır:
- Ödənişlərin həyata keçirilməsi üçün plastik kart və ya mobil telefona ehtiyacın olmaması;
- “Token” sistemi vasitəsi ilə yüksək təhlükəsizliyin təmin olunması;
- Qurğunun üzərində istifadəçiyə aid bank məlumatlarının yazılı olmaması kibercinayətkarlıq hallarının minimuma endirməsi;
- Bir milyondan artıq ödəniş əməliyyatlarının həyata keçirilməsi imkanı;
- Qurğunun 10 il zəmanətli olması;
- Qurğunun səthinin zərbələrə və suya davamlı olması;
- Qurğunun kiçik həcmli olması;
- Görünüşünün müasir dəbli olması.
Portal meneceri əlavə edir ki, qurğu tam müstəqil və enerjidən asılı olmadığı üçün mobil telefon və ya əlavə avadanlığa ehtiyac yoxdur: “İstifadəçiyə aid olan bank məlumatları qurğuya bir dəfə köçürülür və hesabın artırılması üçün təkrar olaraq qurğuda yeni əməliyyatların aparılmasına ehtiyac yoxdur.”
www.azexport.az internet portalı “Pay Ring” rəqəmsal ödəniş sistemi layihəsini "VISA International" şirkəti ilə birgə icra edəcək.









Ekspert yazıları
İsmət Mehrəliyeva
Rəqəmsal Ticarət Qovşağının (RTQ) rəhbəri
Azərbaycan rəqəmsal xidmətlərdə ABŞ, Böyük Britaniya və Kanadanı geridə qoydu – tarixi nəticə
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Azərbaycan və Böyük Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir
İlyas Hüseynov
Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri
Azərbaycanın TDT-yə sədrliyi: iqtisadi-ticari əməkdaşlığın dərinləşdirilməsi və türk dünyasının regional iqtisadi gücünün…
İsa Qasımov
“Enterprise Azerbaijan” portalının rəhbəri
Texnoparklarda yeni imkanlar: innovasiyaların kommersiyalaşdırılması və ixracı
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Qarabağ Milli Parkının yaradılması regionda ekoloji bərpa və dayanıqlı turizm üçün yeni imkanlar formalaşdırır
Sevinc Cabbarova
Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi
Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır