“Azexport” portalı istehsalat müəssisəsinə səfər təşkil edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Azexport” portalının dəstəyi və “MeetUp Networking Club”un təşkilatçılığı ilə “Company Visit” formatlı biznes görüşü təşkil olunacaq. Görüşdə meyvə quruları və çərəz istehsal edən müəssisə ilə tanışlıq həyata keçiriləcək. İstehsal prosesinin meyvə qəbulundan hazır məhsulun çıxışına qədər olan bütün mərhələləri əyani göstəriləcək. Həmçinin yerli və xarici bazarlara çıxış üçün görülən işlər, növbəti illər üzrə hədəflər barədə təqdimatlar olacaq.
İİTKM-in “GreenTalk” layihəsi çərçivəsində keçirilən görüşdə əsas məqsəd qida məhsullarının istehsalı prosesində kimvəyi qatqılardan istifadəni azaltmaq, ekoloji cəhətdən təmiz, orqanizm üçün faydalı məmulatların təbliğini genişləndirməkdir. Bununla bağlı qida eksperti Fərid Səfərov da iştirakçılara sağlam qida vərdişlərinin formalaşdırılması ilə bağlı tövsiyələr verəcək.
Tədbirdə elektron və ənənəvi ixrac əməliyyatları üzrə “azexport.az”ın sahibkarlara yaratdığı imkanlar barədə isə portalın rəhbəri Ayxan Qədəşov təqdimatla çıxış edəcək.
Tədbirdə fərqli sektorlardan olan biznes nümayəndələrinin şəxsi və biznes əlaqələrini genişləndirmə imkanı üçün B2B görüşlər təşkil olunacaq, hədiyyəli yarışlar keçiriləcək.
Qeyd edək ki, tədbirdə iştirak ödənişsizdir.
Tarix: 28 sentyabr 2024-cü il / Saat 11:00-15:00
Nəqliyyat və digər təşkilati məsələlərlə bağlı qeydiyyatdan keçmiş şəxslərə ətraflı məlumat veriləcək.
İştirak üçün qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLScB3V0z0ao2nOPa58hsf-SWr6WboNf10fMZIefSO-uI0a0VXg/viewform








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib