“Azexport” portalı “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərində iştirak edib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport.az” portalı Bakı Ekspo Mərkəzində keçirilən XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərində iştirak edib.
“Azexport” portalının nümayəndələri sərgidə iştirak edən yerli və xarici şirkətlərlə istehsal, ixrac, logistika və sertifikatlaşdırma sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Portalın təqdimat komandası sərgiyə ilk dəfə qatılan şirkətlərə "Azexport"un ixracyönümlü alətləri və rəqəmsal imkanları barədə ətraflı məlumat verib.
Sərgi çərçivəsində “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun "Binə Agro", "Fruit Land", "Agrarco", "AzRose" kimi tanınmış yerli şirkətlərin nümayəndələri ilə görüşləri olub. Görüşlərdə kənd təsərrüfatı məhsullarının beynəlxalq bazarlara çıxışı, məhsul izlənməsi və elektron ticarət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə kənd təsərrüfatı məhsulları, müasir texnika və avadanlıqlar, suvarma sistemləri, qablaşdırma texnologiyaları, eləcə də kənd təsərrüfatında tətbiq olunan innovativ həllər nümayiş olunur. Burada ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya, Serbiya və Türkiyə kimi 31 ölkəni təmsil edən 450 şirkət iştirak edir.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib