“Azexport" portalı "Caspian Agro Week" və "InterFood Azerbaijan" sərgilərinin tərəfdaşıdır
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalının rəsmi informasiya tərəfdaşlığı ilə 5-8 may 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində regionun aqrar və qida sənayesi üzrə ən nüfuzlu və genişmiqyaslı tədbirlərindən olan 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu (“Caspian Agro Week”) və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) keçiriləcək.
Cari ildə də etibarlı və beynəlxalq səviyyədə tanınan bu tədbirlər sənaye mütəxəssislərini bir araya gətirərək, regionun ən mühüm peşəkar görüş və əməkdaşlıq nöqtələrindən birinə çevrilməsi hədəflənir.
Bu il kənd təsərrüfatı sərgisi yeni brend - “Caspian Agro Week” adı ilə təşkil ediləcəkdir. “Caspian Agro Week” aqrar sektor, qida sənayesi və “HoReCa” istiqamətlərini vahid platformada birləşdirərək yeni texnologiyaların və qabaqcıl təcrübələrin təqdimatı məkanına çevriləcək.
Qeyd edək ki, "Azexport" portalı sərginin rəsmi informasiya tərəfdaşı olmaqla yanaşı, tədbirdə həm də xüsusi stendlə təmsil olunacaq. Aqrar sahədə fəaliyyət göstərən yerli istehsalçıları, eləcə də bütün sahibkarları yeni ixrac və əməkdaşlıq imkanlarını dəyərləndirməyə dəvət edirik.
Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” şirkəti və onun tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.
Tədbirə dair ətraflı məlumatları və yenilikləri təqdim olunan keçid linkindən əldə etmək olar: https://caspianagroweek.az/az/main








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib