“Azexport”: Azərbaycan məhsullarının ABŞ bazarına ixracı genişləndirilir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “azexport.az” portalı Azərbaycan məhsullarının Amerika Birləşmiş Ştatlarına (ABŞ) ixracını artırır. Bu məqsədlə ABŞ şirkətləri ilə yerli istehsalçıların görüşləri təşkil olunub.
Hazırda portalın dəstəyi ilə ABŞ bazarına Azərbaycanın aqrar sənaye məhsulları, həmçinin müxtəlif qənnadı məmulatlarının ixracı davam etdirilir. İxrac olunan malların struktur və kateqoriyasının genişləndirilməsi məqsədilə mövcud əməkdaşlıq növbəti mərhələyə keçirilib. Belə ki, “Azexport” portalının dəvəti ilə ABŞ-də yerləşən bir sıra idxalçı şirkətin nümayəndəsi ötən həftə Bakıya səfər edib. Onlar respublika ərazisində 15-dən artıq istehsal və emal müəssisəsində olublar. Görüşlər əsasən qənnadı məhsulları (tort, ekler, vafli, peçenye), mineral su, spirtsiz içkilər, meyvə şirələri, hazır qidalar, konservləşdirilmiş və dondurulmuş meyvə-tərəvəz, ədviyyat və quru meyvə sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri ilə baş tutub. Sahibkarlarla “Xonça”, “Ulduz”, “Crispa”, “Oven”, "Çapar group" və digər şirkətlərin məhsullarının ABŞ bazarına ixrac olunması ilə bağlı müzakirələr aparılıb, əməkdaşlığın genişləndirilməsi üzrə razılıq əldə olunub.
Qeyd edək ki, səfər çərçivəsində ölkədə xarici investisiya əsaslı, ixrac yönümlü məhsul istehsalı ilə məşğul olan müəssisənin qurulması imkanları da araşdırılıb. Növbəti mərhələdə idxalçı şirkətin ABŞ bazarı üçün öz məhsullarını Azərbaycanda istehsal etməsi nəzərdə tutulub.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib