Azexport.az portalı ilə Dünya İqtisadi Forumu arasında əməkdaşlıq imkanları müzakirə edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “azexport.az” portalı ilə 4-cü Sənaye İnqilabı Mərkəzi və Dünya İqtisadi Forumunun nümayəndələri arasında görüş keçirilib.
Görüşdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov, Dünya İqtisadi Forumunun “TradeTech” üzrə layihə rəhbəri Nitin Şarma və 4-cü Sənaye İnqilabı Mərkəzinin rəqəmsal ticarət üzrə layihə rəhbəri Kənan İbrahimov iştirak ediblər.
Görüşdə rəqəmsal ticarət sahəsində qabaqcıl təşəbbüslər, beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal platformalar və logistik həllər üzrə qurula biləcək yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.
“Azexport.az” portalının rəhbəri Ayxan Qədəşov çıxışında Azərbaycanın rəqəmsal ticarət infrastrukturu sahəsində son illərdə əldə etdiyi nailiyyətlər, o cümlədən “Creative Azerbaijan”, “Virtual Anbar”, “Rəqəmsal Sərgi Zalı” və digər təşəbbüslər barədə ətraflı məlumat verib. O, qeyd edib ki, fəaliyyət müddəti ərzində “azexport.az” dünyanın 150-dən artıq ölkəsindən müxtəlif kateqoriyalar üzrə ixrac sifarişi qəbul edərək yerli sahibkarlara yönləndirib. Hazırda portal dünyanın 15-dək qabaqcıl elektron ticarət platformalarına inteqrasiya olunub. “Azexport.az” portalı yalnız məhsulların xarici bazarlara çıxışına deyil, eyni zamanda gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasına da önəm verir. Bu məqsədlə il ərzində müxtəlif universitetlərdə yüzlərlə tələbəyə “Amazon”, “eBay”, “Alibaba” kimi platformalarda müstəqil satış bacarıqları ilə bağlı ödənişsiz təlimlər təşkil olunur.
Dünya İqtisadi Forumunun nümayəndəsi Nitin Şarma bildirib ki, təşkilatın məqsədi ölkələrdə rəqəmsallaşma sahəsində həyata keçirilən uğurlu təcrübələri yaxından öyrənmək və həmin nümunələri digər ölkələrdə təbliğ etməkdir. O, “Azexport”un fəaliyyəti ilə tanışlıqdan məmnun qaldığını ifadə edərək, portalın gördüyü işlərin bir çox sahələrdə zamanı qabaqladığını bildirib. Xüsusilə “Rəqəmsal Sərgi Zalı” təşəbbüsünü yerində və müasir dövrün tələblərinə cavab verən model kimi qiymətləndirib. O əlavə edib ki, “Azexport”un beynəlxalq platformalarla az resursla yüksək nəticə əldə etməyə əsaslanan yanaşması digər ölkələr üçün faydalı nümunə ola bilər.
Görüş birgə layihələrin icrası, rəqəmsal həllərin genişləndirilməsi, təlim proqramlarının təşkili və texnoloji əməkdaşlıq imkanlarının dərinləşdirilməsi üzrə müzakirələrlə davam etdirilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib