Azərbaycanın sosial-iqtisadi inkişaf Strategiyası üzrə indikativ planlaşdırma davam edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlikləri, Dövlət İmtahan Mərkəzinin nümayəndələri ilə görüşlər keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi ilə dayanıqlı və rəqabətli kənd təsərrüfatının və aqrobiznesin inkişaf etdirilməsi, “Abşeron vadisi” çərçivəsində aqrotex texnologiyası üzrə ixtisaslaşmış innovasiya mərkəzinin yaradılması, habelə kənd təsərrüfatı torpaqlarının süni intellekt tətbiq edilməklə idarə olunmasının təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmiləri ilə rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi, tranzit potensialının reallaşdırılması və ticarət-logistika sahəsinin inkişaf etdirilməsi müzakirə edilib.
Dövlət İmtahan Mərkəzi ilə dövlət qulluğunda və iqtisadi idarəetmədə effektivliyin artırılması, o cümlədən dövlət qulluğunda sertifikasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar diqqət tələb edən tədbirlərin icrası istiqamətində məsələlər nəzərdən keçirilib.
Görüşlərin yekununda Strategiyada müəyyən olunmuş hədəflərə uyğun müvafiq nəticə indikatorlarının formalaşdırılması ilə əlaqədar qurumlara tövsiyələr verilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib