Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə indikativ planlaşmanın aparılması davam etdirilir
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində növbəti illər üçün nəticə indikatorları üzrə hədəf göstəricilərinin dəqiqləşdirilməsi istiqamətində aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlər davam edir.
Bugünkü görüşlərdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin rəsmiləri iştirak ediblər.
Görüş zamanı Əqli Mülkiyyət Agentliyi ilə əqli mülkiyyət hüquqlarının beynəlxalq səviyyədə qeydiyyatının stimullaşdırılması, eləcə də effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı məlumatlılığın artırılması üzrə həyata keçirilməsi planlaşdırılan məsələlər müzakirə olunub. Azərbaycan Milli Elmlər Akademiyası ilə görüşlərdə elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi haqqında vacib məsələlərə dair fikir mübadiləsi aparılıb. Bununla yanaşı, görüşlərin davamı olaraq, Maliyyə Nazirliyinin nümayəndələri ilə fiskal tənzimləmənin təkmilləşdirilməsi çərçivəsində müəyyən edilmiş tədbirlər istiqamətində vacib məsələlərə diqqət yetirilib, növbəti illər üzrə müəyyən olunacaq hədəflərin icrası üçün müvafiq istiqamətlər qeyd edilib.
Görüşlərin yekununda Strategiya üzrə növbəti illər üçün hədəflərə müvafiq qaydada nəticə indikatorlarının formalaşdırılması istiqamətində qurumlara tövsiyələr verilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib