Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası üzrə indikativ planlaşma tədbirləri davam edir
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində növbəti illər üçün nəticə indikatorları üzrə hədəf göstəricilərin planlaşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə görüşlərin keçirilməsi davam edir.
Bugünkü iclaslarda Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və “Azərenerji” ASC-nin əməkdaşları iştirak ediblər.
Səhiyyə Nazirliyi ilə keçirilmiş görüşdə Strategiyaya uyğun olaraq, tibbi turizmin inkişafı, tibb təhsilinin gücləndirilməsi və ömürboyu öyrənmənin tətbiqi və vətəndaşların sağlam həyat tərzi məqsədinə çatmağa hədəflənmiş səhiyyə xidmətlərinin göstərilməsi istiqamətində müəyyən olunmuş tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm məsələlər müzakirə olunub.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə keçirilmiş görüşdə su ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsi yolu ilə iqtisadi fəallığın dəstəklənməsi, kollektor-drenaj şəbəkələrinin bərpası, sel və daşqınlara qarşı mübarizə imkanlarının genişləndirilməsi ilə bağlı tədbirlərin təşkilinə dair, həmçinin “Elektron su təsərrüfatı” informasiya sisteminə inteqrasiya haqqında əhəmiyyətli məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
“Azərnerji” ASC-nin nümayəndəsi ilə yeni generasiya güclərinin enerji sisteminə etibarlı inteqrasiyası üçün yeni infrastrukturun qurulması istiqamətində müzakirələr aparılıb.
Görüşlərin yekununda Strategiya üzrə cari hədəflərin icrasında qarşıya çıxan çətinliklərin aradan qaldırılması üçün istiqamətlər müəyyən edilib, nəticə indikatorlarının dəqiqləşdirilməsi ilə bağlı qeydlər aparılaraq qurumlara tövsiyələr verilib.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib