Azərbaycanda qida təhlükəsizliyinin gücləndirilməsi: yeni avtomatlaşdırılmış informasiya sistemi
Prezident İlham Əliyev “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Səbinə Cumazadə Fərmanı şərh edərək bildirib ki, Əsasnamənin təsdiq edilməsi ilə yeni avtomatlaşdırılmış informasiya sisteminin ölkəmizdə tətbiqi qida təhlükəsizliyinin gücləndirilməsində böyük rol oynayacaq. Onun fikrincə, bu Əsasnamə 2019-2025-ci illəri əhatə edən Dövlət Proqramının icrasını dəstəkləməklə, qida təhlükəsizliyi sahəsində şəffaflığın, hesabatlılığın və dövlət nəzarətinin gücləndirilməsinə xidmət edir. Yeni sistemin tətbiqi ölkədə qida təhlükəsizliyinin təmin edilməsində mühüm mərhələ olmaqla bir sıra vacib yenilikləri ehtiva edir.
S.Cumazadə qeyd edir ki, bu innovativ avtomatlaşdırılmış sistem qida məhsullarına nəzarət prosesini optimallaşdıraraq dövlət qurumları arasında məlumat mübadiləsini sürətləndirəcək və inteqrasiyanı gücləndirəcək. Nəticədə vətəndaşların daha təhlükəsiz və keyfiyyətli ərzaq məhsullarına çıxışı təmin olunacaq. Sistem qida təhlükəsizliyi sahəsində rəqəmsallaşmanı və şəffaflığı artırmaqla yanaşı, nəzarət mexanizmlərini təkmilləşdirəcək və sənədləşmə proseslərini daha effektiv edəcək. Eyni zamanda, dövlət nəzarətinin gücləndirilməsi və dövlət qurumları arasında koordinasiyanın artırılması sayəsində qida təhlükəsizliyi ilə bağlı operativ və optimal qərarların qəbulu sürətlənəcək. Bundan əlavə, sistem qida məhsullarına dair məlumatların vahid elektron bazada mərkəzləşdirilməsini təmin edəcək. Bu məlumatlar real vaxt rejimində toplanacaq və analitik üsullarla təhlil ediləcək ki, bu da potensial risklərin daha tez aşkarlanmasına və operativ idarəetmənin gücləndirilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyinin yeni texnoloji həllər vasitəsilə təmin edilməsi ölkənin ərzaq sektorunda keyfiyyət standartlarının yüksəldilməsinə və istehlakçıların sağlamlığının qorunmasına mühüm töhfə verəcək.








Ekspert yazıları
İlkin Qasımov
İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi
Ümumi təhsildə resurs bölgüsünün yeni maliyyə modeli
Bağış Əhmədov
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: investisiya əməkdaşlığı və milli inkişaf prioritetləri
Əbdülrəhim Dadaşov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini
Dağ-mədən sənayesinin inkişafında ekoloji məsuliyyət əsas şərtlərdən biridir
Lətif Zeynallı
Dövlət Proqramları şöbəsinin müdiri
Rəqabətin inkişafı dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaradacaq
Orxan Sadıqov
Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri
Büdcədənkənar vəsaitlərin idarə olunmasında yeni yanaşma maliyyə intizamını gücləndirəcək
Ayxan Qədəşov
Azexport portalının rəhbəri
Yeni subsidiya mexanizmləri kənd təsərrüfatı məhsullarının ixracını və beynəlxalq sertifikatlaşdırmanı təşviq edəcək
Elşən Yusifli
Sahəvi proqramların monitorinqi sektorunun müdiri
Naxçıvanın Dövlət Proqramında yeni dəyişikliklər: İxrac, logistika və sosial mexanizmlər təkmilləşdirilib